Şənbə , 27 İyul 2024
Drone Cameras

Kəmaləddin Heydərovun müavinlərindən biri vəzifədən çıxarılıb? – Generalla bağlı maraqlı xəbər yayıldı

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb. 

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, hazırda müavinlər siyahısında  Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb. 

Mia.az-ın əldə etdiyi məlumata görə, son aylar K.Heydərov yalnız iki adamı qəbul edir, onlarla saatlarla məsləhətləşir. Bunlardan biri müavini R.Mirzəyev, digəri isə sabiq deputat Hacı Salayevdir: “Nazir onlardan başqa kimsəni qəbul etmir”.

Check Also

Yasamalda sakinin evinin gecəyarı  başına uçurulması araşdırılacaq

DİN məsələnin Prokurorluğun nəzarətində olduğunu deyir Yasamal Rayon Prokurorluğu Bakının Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində …