Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Kapan-6 Zori”: Türkiyə geniş anti-terror əməliyyatlarına başladı – 1440 jandarma, polis və asayiş keçikçisi dağlarda terrorçulara qarşı

Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik orqanları terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıb. 

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Diyarbakır-Batman arasında keçirilən “Kapan-6 Zori” adlı əməliyyata 1440 jandarma, polis və asayiş keçikçisi iştirak edir.

Anti-terror əməliyyatının məqsədi Zori sığınacaq sahəsində gizlənən terrorçuları zərərsizləşdirməkdir.

“Ölkə daxilində terrorun tamamilə aradan qaldırılmasına yönəlmiş “Kapan” əməliyyatı vətəndaşların da dəstəyi ilə ardıcıl şəkildə uğurla davam edir”, -deyə məlumatda bildirilir.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …