Bazar , 22 Dekabr 2024
Drone Cameras

Kikboksinq üzrə respublika çempionatı başa çatdı – FOTOLAR

Martın 23-26-da Bakı İdman sarayında Kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında keçirilən XXI Azərbaycan Çempionatı uğurla başa çatıb.

Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında keçirilən yarışda ölkənin müxtəlif bölgələrindən 78 komandanı təmsil edən 1000-ə yaxın idmançı iştirak edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda yeniyətmələr arasında komanda hesabında 1-ci yeri “Qızıl Əlcək” İdman Klubu, kadetlər arasında isə “Neftçi” İdman klubu qazanıb. Yarışın fəxri kubokunun sahibi “DİN” İdman Cəmiyyəti olub.

Bölgələr üzrə yarışlarda ən çox fərqlənən Quba və Gəncə idmançıları olub.

Kikboksinq Federasiyasının İdarə Heyətinin qərarına əsasən yeniyətmələr arasında ən texnikalı idmançı “DİN” İdman Cəmiyyətinin idmançısı, WAKO versiyası üzrə dünya çempionu Məhəmməd İmanov, ən yaxşı hakim adına Anar Məmmədov layiq görülüb.

Sevindirici haldır ki, budəfəki çempionatda Xocalını və Kəlbəcəri təmsil edən kikboksçular da öz güclərini sınayanlar arasında yer alıblar.

Qeyd edək ki, minlərlə azarkeşin iştirak etdiyi izdihamlı çempionatın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupları üzrə yığma komandanın tərkibini müəyyən etmək vəhazırlıq səviyyələrini yoxlamaq idi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir