Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

KİV: İran parlamentində İsrailin “məhv edilməsinə” çağıran qanun layihəsi təklif edilib

İranlı deputatlar hökuməti İsrailin 2040-cı ilədək “məhv edilməsi” üçün addımlar atmağa məcbur edəcək qanun layihəsi təklif edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV yazıb.

Qanun layihəsi ötən həftə, general Qasım Süleymaninin öldürülməsinin ildönümü ərəfəsində təqdim edilib.

Müzakirə ediləcək və bəlkə də, səsə qoyulacaq təklif olunan qanun layihəsində “İsrailin məhv edilməsi” istiqamətində iki konkret addımdan bəhs olunur. Birincisi, ilkin tələbat mallarının təchizatı yolu ilə Qəzza zonasının blokadadan çıxarılmasını təmin etməkdir. İkincisi, fələstinlilərin geridönmə hüququnu həyata keçirmək üçün infrastruktur və xidmətlər təklif etməkdir. Parlamentarilər digər sahələrdə İranın husi üsyançılarını dəstəklədiyi Yəmənə yardım etməyə, eləcə də İraqdakı və başqa yerlərdəki dost qüvvələri dəstəkləməyə çağırış ediblər.

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …