Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kiyevə hava zərbələri endirilib

Bu gün Ukraynanın paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhər vilayətlərinə hava zərbələri endirilib.

Boyukmillet.com xəbər verir ki, ötən gecədən bütün ölkə boyu kütləvi hava həyəcan siqnallarının ardınca səhər saatlarında Rusiya tərəfindən endirilən hava zərbələrinin qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da onlardan şəhərə düşənlər də olub.

Hücumlar nəticəsində bu dəqiqələrdə hazırda Kiyev şəhərində güclü partlayışlar baş verib. Hücumun nəticələri ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə ay idi paytaxt Kiyevdə sakitlik idi.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …