Cümə , 17 Aprel 2026
Drone Cameras

Konfrans Liqası: “Keşlə”nin oyununa azarkeş buraxılmayacaq

Rusiyanın “Soçi” komandası ilə “Keşlə” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa azarkeş buraxılmayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Soçi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul olunub. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

Qeyd edək ki, bu gün “Fişt” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Check Also

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib. Boyukmillet.com …