Bazar , 11 Yanvar 2026
Drone Cameras

Konqresmen: “Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb”

Ukraynadakı müharibədə 75 mindən çox Rusiya vətəndaşı ölüb və yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında (Aşağı Palata) Demokratlar Partiyasını təmsil edən konqresmen, qanunverici orqanın Silahlı Qüvvələrin işi üzrə komitəsinin üzvü Elissa Slotkin bildirib.

O, Ağ Evdə keçirdiyi brifinqdə söyləyib ki, Rusiya hakimiyyəti itkilərinin sayı barədə rəsmi açıqlama vermir.

E.Slotkin bildirib ki, Demokratlar və Respublikaçılar partiyalarından olan konqresmenlər ABŞ-ın Ukraynaya HIMARS sistemləri üçün ATACMS uzaqmənzilli raketlərin göndərilməsini dəstəkləyir.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir müddət əvvəl Ukraynadakı müharibədə Rusiyanın 15 min hərbçisinin öldüyünü bildirmişdi.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …