Şənbə , 20 Aprel 2024
Drone Cameras

Kornavirusdan sağalan italiyalı qadın: “Gözlərimə, bədənimə yaxşı baxın” – VİDEO

Koronavirusdan sağalan 43 yaşlı italiyalı baytar Daniela De Rosa Youtube kanalında video yayımlayıb.

“Karma Karışık” adlı Youtube kanalı xəbər verir ki, Daniela De Rosa video vasitəsilə virusun orqanizminə vurduğu zərərləri sadalayıb:

“Qorxunc bir sətəlcəm, tənəffüs çatışmazlığı ilə virus ağ ciyərlərimin hər ikisini məhv etdi. Günlərlə tənəffüs çatışmazlığı ilə mübarizə apardım. Koronavirusla üz-üzə gəldim. Amma bu gün danışa biləcək vəziyyətimə qayıtdım”.

Reanimasiyaya yerləşdirilən, daha sonra təcrid otağında saxlanılan Rosa xəstəliyə laqeyd qalanlara səslənib:

“Təhlükəni dərk edənlərin sayı çox azdır. Kimisi cahildir, kimisi də hələ ki kifayət qədər qorxmur. Əksəriyyəti özlərinə bir şey olmayacağını hesab edirlər. İstəyirəm onlar mənim halımı görsün. Gözlərimə, bədənimə yaxşı baxın. Bu virusun necə bir bəla olduğunu başa düşün”.

https://www.youtube.com/watch?time_continue=39&v=0nvok7itAsY&feature=emb_logo

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …