Cümə axşamı , 2 May 2024
Drone Cameras

Koronavirus YOX OLUR – Şad xəbər dünyaya ELAN EDİLDİ

Bir neçə gün əvvəl ABŞ və İngiltərənin 400 milyon ədad koronavirus vaksini sifariş etməsindən sonra bu dəfə Avropa Birliyi ölkələri eyni addımı atıb.

Boyukmillet.com BBC-yə istinadən xəbər verir ki, Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya, Fransa, İtaliya və Holandiya İngiltərənin “AstraZeneca” dərman istehsalı şirkətinə 400 milyon ampula vaksin sifariş verib. Bununla da birlik ökələrinin əhalisinin virusdan tam qorunması və ittifaq daxilində sərbəst hərəkəti planlaşdırılır.

Almaniyanın səhiyyə naziri Jens Spahn əczaçılıq şirkəti ilə bağladıqları müqavilənin Avropa ölkələrinin marağına xidmət etdiyini deyib. “AstraZeneca”-nın CEO-su Paskal Soriot isə Avropadakı tədarük və təchizat şəbəkələrinin vaksinin sürətlə itehsalına və yayılmasına imkan verdiyini və bu işi yüksək səviyyədə reallaşdırcaqlarını deyib. O, əlavə edib ki, Avropa Birliyi üçün istehsal ediləcək vaksinlərə görə gəlir əldə etməyəcəklər. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …