Bazar , 27 Oktyabr 2024
Drone Cameras

Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır?

COVID-19 xəstəsi olub sonradan sağalan şəxslərdə immunitet səkkiz ay və ya daha uzun müddət qala bilər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, müvafiq araşdırma “bioRxiv” portalında dərc olunub.

ABŞ-dakı La Hoya İmmunologiya İnstitutunun mütəxəssisləri hələ pandemiyanın başlanğıcında koronavirusu yüngül formada keçirən 19-81 yaş arası 185 pasiyentdən bir neçə dəfə analiz götürüb. Alimlər immun sisteminin dörd komponentini – antikorları, ehtiyac olduqda daha çox antikor ifraz edən B-hüceyrələri və iki növ T-hüceyrəni təhlil ediblər.

Antikorların yoluxmadan 6-8 ay sonra da cüzi azalma ilə qaldığı aşkar edilib. Eyni zamanda T-hüceyrələr orqanizmdə çox aşağı sürətli çürüməyə məruz qalıb, B-hüceyrələrinin sayı isə gözləmədən artıb.

Daha əvvəl ABŞ və Kanadadan olan immunoloqlar COVID-19-un aşkar simptomları müşahidə edilən şəxslərdə koronavirusa qarşı antikorların azı üç ay orqanizmdə qaldığını müəyyənləşdirə bilmişdi.

Check Also

Bir qrup şəhid ailəsi aksiya keçirib

Onlar təzminat və mənzillərin verilməməsindən şikayətçidirlər Boyukmillet.com xəbər verir ki, oktyabrın 9-da 1990-cı il 20 …