Bazar , 25 Oktyabr 2026
Drone Cameras

KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşəcək”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qərb ölkələrinin Ermənistan ətrafındakı addımlarının Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə KTMT Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyev bəyanat verib.

KTMT rəsmisi xüsusilə regiondakı seçkiləri xatırladaraq gərginliyin artacağını iddia edib.

Vasilyev ABŞ və Avropa İttifaqının regiondakı siyasətini hədəf alıb: “Ermənistandakı seçkilər də daxil olmaqla, Cənubi Qafqazdakı vəziyyət üzərində xüsusi dayanmaq lazımdır. ABŞ-nin Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək adı altında irəli sürdüyü planlar, Aİ ölkələrinin Ermənistanı öz hərbi strukturlarına daxil etmək niyyətləri, eləcə də bu regiondakı digər qeyri-dost addımlar gələcəkdə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”.

KTMT rəsmisi həmçinin təşkilatın bu prosesləri diqqətdə saxladığını vurğulayıb. “Biz vəziyyəti nəzarətdə saxlayırıq”, – deyə o, bəyan edib, layihənin gedişatını izlədiklərini diqqətə çatdırıb.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …