Şənbə , 27 Aprel 2024
Drone Cameras

“KTMT hərbçilərini Kəlbəcər və Naxçıvan istiqamətində yerləşdirə bilər” – RƏY

“Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla mübahisəli adlandırdığı sərhəddə Rusiya və yaxud KTMT hərbçilərinin yerləşdirilməsini təklif etmişdi.

Əgər Rusiya və KTMT hərbçiləri təklifi qəbul etməsə, Minsk qrupunun həmsədr ölkələrinin hərbçilərini yerləşdirilməsini irəli sürmüşdür”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Baş nazir Paşinyan yaxşı bilir ki, onun alternativ adlandırdığı Fransa hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi mümkün olmayacaq:

“Ona görə də məcbur qalıb Rusiya və KTMT-ni prosesə cəlb edir. KTMT Baş katibi Yerevana gələrək göstərmək istəyir ki, bu təşkilat Ermənistanın yanındadır və bu təşkilata ictimaiyyət tərəfindən etimadın bərpasına ehtiyac var. Qeyd edim ki, rəsmi Yerevan dövlət sərhəddində xüsusilə, Kəlbəcər istiqamətində təxribatlara əl atır, həmçinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə atəşkəsi mütəmadi pozur.

Bu təxribatların məqsədi delimitasiya və demarkasiya prosesinə mane olaraq işğalda qalan Azərbaycan kəndlərinin geri verilməsində əlavə güzəştlər əldə etməkdir. Nəzərə almaq lazımdır ki, Ermənistanda siyasi vəziyyət Rusiyanın əleyhinədir. Moskva mövcud situasiyadan istifadə edib Ermənistanda mövqelerini möhkəmləndirəcək. Rusiya Ermənistanı daha da nəzarətində saxlamaq, Azərbaycanla sərhəddə mövcud böhranı davam etdirmək üçün KTMT adı altında öz hərbçilərini Kəlbəcər və Naxçıvan istiqamətində yerləşdirə bilər”.

Politoloq qeyd edib ki, məhz KTMT Baş katibi Zasın və Paşinyanın mövcud açıqlamasından sonra Ermənistana səfəri və burada danışıqlar apararaq sərhəddə bu təşkilatın hərbi qüvvələri yerləşdirilə bilər:

“Təbii ki, Zas Kremlin təlimatı ilə Yerevana səfər edib və konkret olaraq Ermənistanın Azərbaycanla sərhəddində yerləşərsə, bu ölkəmizə qarşı təzyiq vasitəsi olacaq. Amma Rusiya Azərbaycanla münasibətləri pozmamaq üçün öz hərbçilərini təktərəfli olaraq delimitasiya aparılmayan ərazilərdə yerləşdirmir. Amma KTMT bayrağı altında Rusiya hərbçilərinin sərhəddə yerləşdirməsi gedən proseslərdən xəbər verir. Bunu Rusiya Azərbaycana dolayı yolla təzyiq kimi istifadə edir. Çünki Moskva Azərbaycanın KTMT-yə müşahidəçi status alması ilə bağlı təkliflər verib və danışıqlar aparıb. Amma rəsmi Bakı bu qurumda müşahidəçi olmaq üçün heç bir cavab verməyib.

KTMT Baş katibinin Yerevana səfəri aparılan danışıqlar və ümumiyyətlə, müharibədən sonra vəziyyətin gərginləşməsinə xidmət edir. Demək olar ki, 10 noyabr və 11 yanvar razılaşmaların həyata keçirilməsi dalana dirənib. Amma Azərbaycan bunu bir müddətdən sonra ölü nöqtədən tərpədəcək. Əgər KTMT qüvvələri Qazax və Kəlbəcər istiqamətində yerləşərsə, ümumi siyasi situasiya gərginləşəcək”.    

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …