Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Ələmdar Nəbiyev: “Bu, Azər­bay­can döv­lə­ti­nin xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za sa­hib çıx­ma­sı­nın növ­bə­ti nü­mu­nə­si­dir”

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti­nə uy­ğun ola­raq, xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı azər­bay­can­lı­la­ra so­si­al yar­dım gös­tə­rə­cək döv­lət or­qa­nı mü­əy­yən­ləş­di­ri­lib.
Bu, Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin “Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da” Qa­nun­da də­yi­şik­lik­lər edil­mə­si ba­rə­də” 2016-cı il 29 no­yabr ta­rix­li Qa­nu­nun tət­bi­qi və “Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da” Qa­nu­nun tət­biq edil­mə­si ba­rə­də” 21 fev­ral 2003-cü il ta­rix­li Fər­ma­nın­da də­yi­şik­lik edil­mə­si haq­qın­da” 11 yan­var 2017-ci il ta­rix­li Fər­ma­nın­da ək­si­ni ta­pıb.
Qeyd edək ki, “Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da” Qa­nu­na əsa­sən, in­di­yə qə­dər Azər­bay­ca­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı azər­bay­can­lı­la­ra so­si­al yar­dım gös­tə­rə bi­lər­di­lər. An­caq bu so­si­al yar­dı­mı gös­tə­rə­cək ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı və yar­dı­mın han­sı qay­da­da gös­tə­ril­mə­si mü­əy­yən­ləş­di­ril­mə­miş­di. “Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da” Qa­nu­na edi­lən son də­yi­şik­li­yə əsa­sən, Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı azər­bay­can­lı­la­ra so­si­al yar­dı­mı mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi qay­da­da gös­tə­rə­cək.
Fər­ma­na əsa­sən, xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı azər­bay­can­lı­la­ra so­si­al yar­dım gös­tə­rə­cək ye­ga­nə or­qan ola­raq Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si mü­əy­yən­ləş­di­ri­lib. So­si­al yar­dı­mın gös­tə­ril­mə­si qay­da­sı isə Na­zir­lər Ka­bi­ne­ti tə­rə­fin­dən mü­əy­yən edi­lə­cək.
Bü­töv­lük­də, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı sö­zü­ge­dən də­yi­şik­lik ne­cə qiy­mət­lən­di­ri­lir?
Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni “Ba­kı-Xə­bər”lə bö­lü­şən Bey­nəl­xalq Di­as­por Mər­kə­zi ida­rə he­yə­ti­nin üz­vü, ta­nın­mış di­as­por fə­a­lı Ələm­dar Nə­bi­yev bu­na müs­bət priz­ma­dan ya­naş­dı: “He­sab edi­rəm ki, bu, öl­kə Pre­zi­den­ti İl­ham Əli­ye­vin hu­ma­nizmli­yin­dən irə­li gə­lən növ­bə­ti bir qə­rar­dır. Za­tən, döv­lət baş­çı­sı xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zı da­im diq­qət mər­kə­zin­də sax­la­yır və on­la­rın prob­lem­lə­ri ilə ma­raq­la­nır. An­caq sö­zü­ge­dən qə­rar bu is­ti­qa­mət­də gö­rü­lən iş­lə­rin fo­nun­da xü­su­si əhə­miy­yət kəsb edir. Bu o de­mək­dir ki, mü­va­fiq pa­ra­metrlə­rə uy­ğun ola­raq, xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı soy­daş­la­rı­mız da hə­min im­kan­dan ya­rar­la­na­caq. Çün­ki xa­ri­ci öl­kə­lər­də ya­şa­yan soy­daş­la­rı­mı­zın heç də ha­mı­sı­nın mad­di və­ziy­yə­ti yük­sək sə­viy­yə­də de­yil. Mən özüm, ara-sı­ra, bir sı­ra xa­ri­ci döv­lət­lər­də olu­ram və bun­dan xə­bər­da­ram. Elə­lə­ri var ki, mad­di sı­xın­tı için­də ya­şa­yır. Be­lə az­tə­mi­nat­lı ai­lə­lə­rə so­si­al yar­dı­mın ve­ril­mə­si on­la­rın mad­di du­ru­mu­nun yax­şı­laş­ma­sı­na müs­bət tə­sir gös­tə­rə­cək. Bu, Azər­bay­can döv­lə­ti­nin xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za sa­hib çıx­ma­sı­nın növ­bə­ti nü­mu­nə­si­dir. Ona gö­rə də bu qə­ra­rı al­qış­la­yı­ram”.

 

azinforum.az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir