Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Əli Həsənovdan Ermənistana sərt cavab – VİDEO

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqıhansı fəalkətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil.

 Xezerxeber.az-ın məlumatına görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz “Facebook” səhifəsindəki açıqlamsında bildirib.

Ermənistanın baş nazirinin son sərsəm bəyanatına münasibət bildirən dövlət rəsmisi, özünü azərbaycanlı adlandıran və Paşinyanı qəhrəmana çevirən ünsürləri də sərt tənqid edib

“Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir…” başlıqlı açıqlamasında Əli Həsənov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini nümunə göstərərək bir şəxsiyyətin dövləti və xalqı uğrunda etdiyi fədəkarlığın əslində necə olduğunu göstərib. O bildirib ki, dövlətini və xalqını bəlalardan xilas edən ulu öndər, təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat edib.

Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi. Bunun əksini düşünən və istəyən bədxahlar isə həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər…

“Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın… Ter-Petrosyanı tarixə gömən Koçaryan-Satkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur”.

Əli Həsənov bildirib ki, Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. Amma Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Məntiqsiz səriştəsiz və ziddiyyətli bəyanatlar verən Paşinyan, əslində özünün hansı səviyyədə bir siyasətçi olduğunu göstərir: Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəalkətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil: “”DQR”in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdıdir”? Əslində, bu addımı atmaqla, o, nəinki işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır”.

Dövlət rəsmisi bildirib ki, digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil” “DQR”da niyə ölməlidir?

Əli Həsənov əlavə ki, özünü azərbaycanlı adlandıran bəzi bədxahlar Paşinyanın səsinə səs verməklə, erməni dəyirmanına su tökür. Xüsusilə də xaricə qaçmış bir çox anti-milli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Onlar Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər.

“Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir. Bu gün doğma torpağı harda müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır”,-deyə Əli Həsənov bildirib.

 

 

 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir