Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

“Gəminin inşası haqqında müqavilə Litva Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Giedrius Premenckas və nazirliyin Layihələr üzrə Agentliyinin direktoru Gvidas Darguzas tərəfindən imzalanıb”, – məlumatda bildirilib.

Plana əsasən, yeni axtarış-xilasetmə gəmisi 2029-cu ildə suya salınacaq. Gəminin dəyəri açıqlanmasa da, vəsaitin təxminən 34 milyon avroluq hissəsinin Aİ fondları tərəfindən təmin olunacağı bildirilib.

Gəmi axtarış-xilasetmə əməliyyatları və dənizdə ekoloji qəzaların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulacaq.

Check Also

Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb

Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, – …