Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Livanda HƏMAS və FƏTH üzvləri arasında qarşıdurmada bir neçə nəfər həlak olub

Livanda fələstinli qaçqınların yerləşdiyi Bürc Əl-Şimali düşərgəsində keçirilən dəfn mərasimi zamanı HƏMAS və FƏTH üzvləri arasında silahlı toqquşma olub.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, qarşıdurma zamanı bir neçə nəfər həyatını itirib, daha bir neçə insan yaralanıb.

Qeyd edilir ki, hadisə fələstinli qaçqınların yerləşdiyi Burc Əl-Şimali düşərgəsində baş verən partlayışda həyatını itirən HƏMAS üzvü Həmzə İbrahim Şahinin Livanın cənubundakı Sur şəhərində keçirilən dəfn mərasimində baş verib.

HƏMAS və FƏTH üzvləri arasında baş verən silahlı qarşıdurmada 3 nəfərin həyatını itirdiyi, 10 nəfərin yaralandığı bildirilib. İki qrup arasında yaranan qarşıdurmanın mübahisə zəminində baş verdiyi qeyd olunur. Yaralılar xəstəxanaya aparılıb.

Digər tərəfdən, düşərgədə elektrik sızması nəticəsində meydana gələn yanğında COVID-19 epidemiyası ilə mübarizə üçün saxlanılan oksigen balonlarının partladığı və bəzi mənbələrin iddialara görə sursat anbarında partlayışın baş verdiyi iddia olunur.

Digər mətbu orqanlar toqquşma zamanı 4 nəfərin həlak olduğunu xəbər verib.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …