Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Məhkəmə Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı QƏRAR VERDİ

Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.Keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.Xatırladaq ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir. (bakupost)

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …