Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Məhluqə Rəhimova “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrini təqdim etdi

Məhluqə Rəhimova “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrini təqdim etdi

Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti ilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2018-ci il iyul-2019-cu il fevral tarixləri ərzində icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrinin təqdimatına dair konfrans keçirilib.

Boyukmillet.com-un məlumatına görə, Konfransı giriş sözü ilə açan layihə rəhbəri Məhluqə Rəhimova layihənin məqsədləri, görülən işlər, əlilliyi olan qadınlara verilən texniki dəstəkdən danışıb.

Məhluqə Rəhimova qeyd edib ki, layihənin məqsədi Azərbaycanın regionlarında əlilliyi olan qadınlar üçün özünəməşğulluq imkanlarını genişləndirməkdir:

“Layihənin icrası zamanı Azərbaycanın coğrafi ərazisinə də xüsusi diqqət yetirilib. Qusar, Biləsuvar və Qazax rayonlarında 120 dən çox əlilliyi olan qadınları və qızları əhatə edib. Layihə çərçivəsində biznes biliklərinə dair 30 saatlıq təlim kursları keçirilib, fərdi biznes planların tərtib edilməsi üçün məsləhətlər verilib. Təlimlərin və məsləhətlərin keçirilməsinə Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq Əmək Təşkilatının sertfikatını almış və həmin rayonlardan olan təlimçilər cəlb edilmişdir”.

Layihə rəhbəri qeyd edib ki, təlimdə iştirak etmiş xanımlar arasında mikrobiznes fəaliyyətini başlamaq və inkişaf etdirmək üçün texniki dəstək almaq üçün müsabiqə keçirilib. Nəticədə, təqdim olunmuş müraciətlər arasında 26 layihə iştirakçısı qalib seçilib və onlara seçdiyi biznes növünə və müraciətlərinə əsasən müxtəlif avadanlıqlar, materiallar və sairə inventar təqdim olunub.

M.Rəhimova bildirib ki, Layihə iştirakçısı olan bu xanımlar müxtəlif sahələrdə mikrobiznes işini başlamış, o cümlədən şirniyyat bişirmə, dərzilik, gözəllik salonu, quşçuluq, arıçılıq, və sairə sahələrdə ƏQC.İB tərəfindən texniki dəstək verilmişdir.

Konfransda Finlandiyanın Azərbaycan Respublikasınada Fəxri Konsulu Faiq Cəbiyev Finlandiyanın Xarici İşlər Nazirinin II katibi Tarja Parkinin Layihənin uğurları ilə əlaqədar konfrans iştirkaçılarına təbrikini səsləndirib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfovkonfrnsın işinə uğurlar arzulayaraq, əlilliyi olan insanlara dövlətin qayğısını, bu sahədə aparılan yeniliklər, əlilliyi olan insanların məşğulluğunun dəstəklənməsi sahəsində geniş əhatəli çıxış edib.

Digər çıxışçılar Ombudsman Aparatı, İnsan hüquqları, mülki və siyasi hüquqların müdafiəsi sektor müdiri Rəşad Novruzov “Əlilliyi olan insanlara yanaşma”, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Hüquq və İnsan Haqları İnsititutu, Elmi işlər üzrə direktor müavini Lalə Məmmədova “Əlilliyi olan insanların məşğulluq problemləri”, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Əlilliyi olan insanların məşğulluğunun dəstəklənməsinə yeni yanaşmalar”, layihə iştirakçılarından Qusar rayonu üzrə Sara Əliyarova, Qusar rayonu üzrə BƏT-nın təlimçi-məsləhətçi Kamran Əliyev, ƏQC.İ.B-nin Beləsuvar şöbə sədri Firəngiz Həbibova çıxışlarında layihənin uğurlarından bəhs ediblər.

Sonda layihənin rəhbəri Məhuqə Rəhimova ƏQC.İB-nin regionlarda özünəməşğulluq və kiçik sahibkarlıq işinin əlil xanımlar arasında təbliği və maarifçilik fəaliyyətini prioritet sahə kimi qəbul edərək bu xidməti genişləndirməyi planlaşdıracağını vurğulayıb. O, əhalinin həssas qrupuna aid olunan bu xanımların öz şəxsi biznesi ilə məşğul olmalarını həm özlərinin iqtisadi və psixoloji durumuna müsbət təsir edəcəyini və eyni zamanda yaşadıqları yerli icmalarda sosial-iqtisadi rifahın yüksəlməsinə xidmət edəcəyini bildirib. O, Əlil Qadınlar Cəmiyyəti İB-in Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlığından məmnunluğunu ifadə edib.

Təqdimat tədbirində dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, beynəlxalq təşkilat və səfirliklərin, biznes şirkətlərinin, kütləvi informasiya nümayəndələri iştirak ediblər.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir