Çərşənbə axşamı , 24 Dekabr 2024
Drone Cameras

“Mən bunu bacararam!” adlı layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyinin təşkilati dəstəyi ilə “Mən bunu bacararam!” adlı layihə uğurla həyata keçirilmişdir.

Sumqayıt şəhərində yerləşən İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada, layihə çərçivəsində keçirilən təlimlərdə layihə iştirakçılarına təhsil, təhsilin vacibliyi, sağlamlıq imkanları məhdud insanların təhsil hüquqları və digər mövzularda təlimlər keçirilib.

Layihənin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların təhsil məsələsi və onların cəmiyyətdə üzləşdikləri problemlərin aradan qaldırılmasına nail olmaqdır.

Layihə çərçivəsində işlər təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq həyata keçirilmiş, aidiyyəti qurumlarla əlaqələr qurulmuş, layihə boyunca KİV-ləri ilə  əməkdaşlıqlar qurulmuşdur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir