Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT

Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.
 
Boyukmillet.com-un Trend-ə istinadən məlumatına görə, Nazirlər Kabineti bildirib ki, istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsi əmlak vergisinə cəlb edilir. Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir:
 
“Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər”.
 
Qeyd edək ki, Nazirlər Kabinetinə MTK-lar tərəfindən tikilmiş və satılmayaraq boş qalmış mənzillərin əmlak vergisinə cəlb edilməsi və digər tədbirlərin görülməsi təklif edilir. Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir