Çərşənbə , 9 Aprel 2025
Drone Cameras

Macarıstan “erməni soyqırımı”nı tanımadı

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib.

 

Azvision.az bildirir ki, parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan “Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan “Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

“Jobbik” Partiyasının nümayəndəsi Marton Gyöngyösinin sözlərinə görə, bu məsələ tarixçilər tərəfindən araşdırılmalıdır: “Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, siyasətçilər və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə aidiyyəti yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamalıdır”.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir