Bazar , 15 Noyabr 2026
Drone Cameras

Maduro: Venesuela müstəmləkə talanına görə İspaniyadan təzminat tələb edəcək

Venesuela Karib hövzəsi ölkələrini Britaniyadan təzminat tələb etməkdə dəstəkləyir və öz növbəsində, yerli amerikalıların, aparılan afrikalıların məruz qaldığı müstəmləkə depresiyası, köləliyə görə İspaniyadan təzminat tələb etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalında müəllif proqramında deyib.

“Venesuela təkcə Karib hövzəsi ölkələrini (Böyük Britaniyadan – red.) təzminat tələbində dəstəkləmir, həmçinin bir qrup Latın Amerikası ölkəsi ilə birlikdə İspaniyadan oğurluq və talanlara görə təzminat ödəməsi üçün ciddi tələblər irəli sürmək istəyir”, – Venesuela lideri deyib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …