Fransa Respublikasının Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla videoformatda keçirdiyi görüş barədə məlumatlandırıb.
Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
V.Putin əlavə edib ki, tərəflər rusiyalı sülhməramlıların Qarabağda sülhün təmin edilməsindəki rolunu yüksək qiymətləndiriblər.