Şənbə , 3 Oktyabr 2026
Drone Cameras

Makron: Rusiya təcavüzünün bədəlini ödəməlidir

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Kiyevə son hücumunu pisləyərək Moskvanın “terror siyasətini” sərt tənqid edib.

“Rusiya yenidən Kiyevi və ətraf bölgələri hədəf alaraq dinc əhalini bombalamağı seçdi. Raket və PUA-larla həyata keçirilən bu terror siyasəti qəbuledilməzdir”, – deyə Makron bildirib.

Fransa liderinin sözlərinə görə, hər yeni hücum bir həqiqəti təsdiqləyir:

“Rusiya təcavüzünün bədəlini ödəməli və törətdiyi cinayətlərə görə cavab verməlidir.”

Makron vurğulayıb ki, Fransa və tərəfdaşları Ukraynaya dəstəyi davam etdirəcək, Rusiyaya qarşı təzyiqi, o cümlədən yeni sanksiyalar vasitəsilə artıracaq və Ukraynanın özünü müdafiə imkanlarını gücləndirəcək.

Mirağa

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …