Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

MDB missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

MDB İcraiyyə Komitəsi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yazılı dəvət alıb.

Boyukmillet.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB müşahidəçilər missiyası Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərində, həmçinin Belarusda keçiriləcək parlament seçkilərində fəaliyyət göstərəcək: “Gələn il təşkilatımızın aparıcı dövlətlərində seçkilər ilidir… Biz hələ Azərbaycandan yazılı dəvət almışıq, çünki ilk öncə seçkilər bu ölkədə keçiriləcək”.

O xatırladıb ki, daha sonra Belarusda parlament (25 fevral), bunun ardınca Rusiyada prezident seçkiləri (17 mart) təşkil olunacaq: “Belarus və Rusiyadan şifahi dəvətlər gəlib”.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …