Çərşənbə , 13 May 2026
Drone Cameras

Metro, avtobus və taksi sistemində dəyişiklik – RƏSMİ

“Bakı Metropoliteni” QSC-nin “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir.

Boyukmillet.com xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trendə müsahibəsində deyib.

Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi” şirkətlərinə aiddir:

“”BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. “Bakı Taksi” isə sərnişinlərimizin “London taksisi” adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər”.

Check Also

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni istifadəyə verilmiş “Dərnəgül” stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq. …