Bazar , 14 Dekabr 2025
Drone Cameras

Metronun “Xətai” stansiyası təmirə bağlanır

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

Bu barədə metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O xatırladıb ki, “Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib: “Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə “Xətai” stansiyasını təmirə bağlayaq”.

N.Paşayev bildirib ki, hazırda “Sahil” stansyasında təmir işləri davam etdirilir: “Böyük ehtimalla “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra “Xətai” stansiyasını təmirə saxlaya bilərik”. (report)

 

Boyukmillet.com

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir