Cümə , 17 May 2024
Drone Cameras

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin əhəmiyyətindən danışıb

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazir öz Tvitter səhifəsində paylaşım edib:

“Ölkəmizdə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir.

İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək. Müsabiqə iştirakçılarına uğurlar”, – nazir əlavə edib.

Check Also

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın …