Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Millət vəkili Əziz Ələkbərli şəhid ailələrini ziyarət etdi — FOTOLAR

Saatlı rayonunun kəndlərinə hər gedişimdə şəhid ailələrinə baş çəkməyi, problemləri ilə maraqlanmağı özümə borc bilirəm.

Bu dəfə də rayonun Çolpı kəndində şəhid Bayramov Cəlal Yaqub oğlunun, rayonun Cəfərxan kəndində şəhid Həsənov Nemət Süleyman oğlunun, Azadkənd kəndində şəhid Adığözəlov Ceyhun Çoban oğlunun, yenə də Azad kəndində şəhid Hüseynov Ələm Sərvər oğlunun ailələrində oldum, valideynləri, ailə üzvləri ilə ətraflı söhbət etdim, problemləri ilə maraqlandım, istəklərini qeydə aldım, nəzarətə götürdüm.

Hər biri dövlətin qayğısından razılıq etdi, işsizlik probleminin olduğunu bildirdilər. Məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı ilə, Dövlər Məşğulluq Agentliyinin Saatlı rayon Xidmət şöbəsinin rəisi ilə söhbət etdim, yollar axtardıq, məsələnin tezliklə müsbət həll olunacağına inanıram.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Check Also

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq – RƏSMİ

10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Boyukmillet.com xəbər verir ki, aprelin 12-si həftənin cümə gününə …