Milli Məclisin payız sessiyasının ilk iclasında Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında məsələ müzakirəyə çıxarılır.
Trend-in məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, 2015-ci ildə Avropa Parlamentinin Milli Məclisə qarşı qəbul etdiyi qərəzli qətnaməyə görə Milli Məclis öz qərarını vermişdi və o dövrdən Avropa İttifaqı Parlament Əməkdaşlıq Təşkilatı və eləcə də AvroNest-də öz iştirakını dayandırmışdı: “Bu bir il ərzində biz onların heç bir tədbirində iştirak etməmişdik. İl ərzində dəfələrlə Azərbaycan Parlamentinə müraciətlər olunub, şəxsi səfərlər olub, bu məsələləri qaydaya qoymaq üçün cəhdlər olub. Sentyabrın 19-20-də Avropa Parlamentinin qərarı ilə 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəldi. Prezident İlham Əliyev bu nümayəndə heyətini qəbul etdi və heyətə qəti iradlarını bildirdi. Gələcəkdə əgər biz münasibətlərimizi bərpa edəcəyiksə, hansı istiqamətdə bərabərhüquqlu səviyyədə əlaqələrimizi davam etdirməyimiz barədə münasibətini bildirdi”.