Bazar , 22 Dekabr 2024
Drone Cameras

Milli Məclis “Paris Sazişi”ni təsdiq etdi

Milli Məclisin bugünkü iclasında “Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi təsdiq edilib. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən  Milli Məclisin vitse-spikeri Valeh Əsgərov bildirib ki, layihə ölkə başçısının məktubu ilə Milli Məclisə daxil edilib. 

Onun sözlərinə görə, Paris sazişi adlanan sənəd Azəraycan hökuməti tərəfindən imzalanan müvafiq qaydalar əsasında Milli Məclisdə ratifikasiya edilməlidir: “Saziş 1992-ci ildə BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının davamı olaraq qəbul edilib. Bu sənədə qoşulan tərəflər üzərilərinə müəyyən öndəliklər götürürlər ki, bura iqlim dəyişməsinə təsir edən tullantıların azalması daxildir. O cümlədən Azərbaycan tərəfi də müvafiq göstəriciləri qəbul edib və bu istiqamətdə müəyyən işlər görməyi öz üzərinə götürüb”.

Saziş müzakirələrdən sonra qəbul edilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir