Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Milli Qəhrəmanımızın anası tələbələrlə görüşdü.

Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbət qızı, “Boyukmillet.com-a verdiyi məlumata əsasən, onun təşəbbüsü ilə İdarəetmə və Texnalogiya Kollecində, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin  rəhbəri, professor. Rəfiqə Əsgərovanın 85 illik yubleyi münasibəti ilə , tələbələrlə VƏTƏNPƏRVƏRLİK mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan, təhsil ocağının rəhbəri, professor Faiq Şahbazlı görüş haqqında məlumat vermiş və yubilyar haqda xoş sözlər bildirib.

    Sonra tədbirdə iştirak edən:- polkovnik Həmid Cəfərov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, prof. Miri Həsənov, AJB, AYB- nin üzvü Firdövsi Kazımov, DTX- nın polkovniki, yazıçı publisist Azər Hacıbəyli və başqaları vətənpərvərlik mövzusunda tədbirlərin təhsil ocaqlarında keçirilməsinin böyük əhəmiyyətindən danışıblar. Milli Qəhrəman Gültəkin Əsgərovanın anası psofessor Rəfiqə Əsgərova tələbələr qarşısında çıxış edərək, milli dəyərlərə sədaqət və vətəni sevmək hislərini aşılayan tövsiyyələrini çatdırıb. Tədbirin sonunda Yasəmən Möhübbət qızı çıxış edərək göstərdikləri təşəbbüsün kollec rəhbərliyi tərəfindən müsbət qarşılandığına və tədbirin təşkilinə görə təhsil ocağının kollektivinə təşəkkürünü bildirib. Sonda tələbələr Turan və Türkay tərəfindən vətənpərvərlik şeirləri səsləndirilib və yubiliyarın şərəfinə tort kəsilib.

Tədbirə “Lideraz.Tv” informasiya dəstəyi göstərib.

Check Also

Trampın Zelenskiyə İttihamı: “ABŞ-ın sülh planı ilə hələ tanış olmayıb”

Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə qarşı açıq narazılığını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir