Çərşənbə , 8 May 2024
Drone Cameras

Millimizin hücumçusu Ukraynada klubunu dəyişir

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukraynanın “Minay” klubundan ayrıla bilər.

Boyukmillet.com-un “Meta-ratings” nəşrinə isitnadən məlumatına görə, buna səbəb komandanın Premyer Liqanı tərk etməsidir.

25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə oyunçu azad agent statusu alacaq.

Futbolçunun xidmətində maraqlı olan komanda isə “Kolos”dur. Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən kollektiv avrokuboklar öncəsi heyətini gücləndirmək istəyir. Hücum xətti üçün nəzərdə tutulan əsas namizəd isə Nuriyevdir.

Qeyd edək ki, Anatoli Nuriyev bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vurub.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …