Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Minlərlə insanın əleyhinə qərarlar verilir, onlar da özlərini yandırırlar”

“Şübhəsiz ki, 2016-cı ilin çətin, gərgin və mürəkkəb il olduğunu hökumət də, siyasətçilərimiz də etiraf edirlər. Burada bir qəbahət yoxdur.

Beynəlxalq məkanda yaşanan bir tendensiyadır.Lakin dövlət başçısı tərəfindən verilən çevik qərarlar fonunda bu prosesdə sabitləşmənin olduğunu da xaricə vurğulayırıq”.

Bunu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Zahid Oruc deyib.

Deputat bildirib ki, devalvasiya prosesinin başlandığı 2015-ci ildən hazırki dövrə qədər Mərkəzi Bankın valyuta ehtiyatları 71%, yəni 9,8 milyard manat həcmində azalıb.

“Bu dediklərim hesabatda qeyd edilib. Qeyd olunduğu kimi kredit Mərkəzi Bank səviyyəsində formalaşırsa, maliyyə sabitliyinin bərpa olunduğunu deyiriksə, uçot dərəcələrinə baxılmalıdır. Yəni qeyd olunan tədbirlər, az qala 10 milyard itkinin qarşısını almayıb”.

Z.Oruc qeyd edib ki, iki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi həmin hüquqi məsələni tənzimləyən bu prosesə baxdı və bankların xeyrinə qərar çıxardı.

“Bunun nəticəsində insan məhkəmələrə baş vurur, amma nəticə həmin qərardan kənara çıxmır. Minlərlə insanın  əleyhinə qərarlar verilir. İnsanlar da məhkəmələrdə hüququnun təmin edilmədiyini gördükdə özünə əl qatır, özlərini yandırırlar. Bizim kitablarda oxuduğumuz mənzərə baş verir. Məhkəmə, bank bucağında insanlar özlərinin hüquqi müdafiəsini görmürlər. Biz parlament vasitəsilə Konstitusiya Məhkəməsinə həmin hüquqi səndələrə yenidən baxılması üçün təkliflər etməliyik”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir