Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Mobil operatorlar beynəlxalq zənglərə nəzarət etmək səlahiyyətində deyil

Gecə saatlarında abunəçilərin mobil nömrələrinə daxil olan yerli və beynəlxalq zənglərin mobil operatorlar tərəfindən qarşısının alınması qeyri-qanunidir.

Bunu Trend-ə “Azercell” şirkətindən deyiblər.

Şirkətdən verilən məlumata görə, daxil olan zəngin fırıldaq məqsədi daşıyıb-daşımadağını müəyyən etmək və bunun üçün lazımi filtrləmə həyata keçirmək mümkün deyil.

Məlumatda bildirilir ki, mobil rabitə operatoru 7/24 prinsipi ilə işləyir və gecə saatlarında daxil olan zənglərə fırıldaq şübhəsi ilə məhdudiyyət qoymaq ciddi qanun pozuntusudur: “Müəyyən olunmuş nömrələrdən daxil olan zənglərin qarşısının alınması yalnız qanunvericilik çərçivəsində mümkündür və bunun üçün rəsmi əsaslar olmalıdır. Biz beynəlxalq zənglər trafikini dövlət operatorları “Aztelekom” və “Azintelecom”dan əldə edirik və trafik üzərində nəzarət bizim səlahiyyətimizdə deyil”.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir