Şənbə , 4 May 2024
Drone Cameras

MÖHSÜM QƏDİROĞLU: KİŞİLİK KARVANININ, SƏRRAF SARVANI!!

Ayaq tutdun, sən güc aldın Göyçədən,
Göyçə səndən borc gözləyir qardaşım.
Elə çalış, elə yaşa, vuruş ki,
İnciməsin, Göyçə səndən qardaşım..

Bu gün dəyərli qardaşım, məsləkdaşım və silahdaşım, Möhsüm Qədir oğlu Aslanovun, həyat yolunun 53 illik bir, hesabatı və keçdiyi ömür yolunun, bir ucalıq məqamıdır.
Mən əziz qardaşıma, üç rəqəmlə ifadə olunan gümrah, sağlam və şərəfli bir ömür yolu arzulayıram ..
Mən fəxr edirəm ki, Möhsüm Qədiroğlu imzası ilə tanınan qardaşım, doğulduğu torpağa, təmsil olunduğu kökə-nəslə, içimizi göynədən Ulu Göyçəmizə və Azərbaycanımıza, şərəf gətirən, əvəzsiz oğullarımızdan biridir..
Göyçədən başlanan ömür yolu, Gəncəyə, Bakıya qədər uzansada, Möhsüm Qədiroğlunun bəhrələndiyi Göyçə sufi fəlsəfəsi, onu daha uzaqlara, Ukranyaya, Belarusiyaya, Moldovyaya və Avropanın dərinliklərinə qədər aparıb çıxardı!
Möhsüm ayaq qoyduğu hər bir məkanda, öz məsləkdaşlarını ətrafına yığmaqla, Azərbacan diaspora təşkilatlarının yaradılmasına və geniş bir fəaliyyət strategiyası ilə təşkilatlanmasına nail oldu..
Möhsüm Qədiroğluna isə, bu gücü və fenomenal bacarığı verən, Göyçə suffizm məktəbinin əzəmətli şəxsiyyətləri, Dədə Ələsgərin, Aşıq Alının, Miskin Abdalın və Növrəs İman kimi ilahi gücə və fəhmə sahib olan, böyük filosofların qoyub getdikləri, irs və qidalandığı ruhi bir mənbə idi.
Bu ali məqam isə, Möhsüm Qəfiroğluna bütün sufi dərvişlərinə xas olan, bir ömür yolu yaşatmaqla, haqq olan nə varsa orada olmağı ona diktə etdi.
Haqsızlığa, riyakarlığa, xəyanət və alçaqlıqlara qarşı, qətiyyətli mübarizə aparan can qardaşım, bir çox məqamlarda məhrumiyyətlər və haqsızlıqlar ilə üz-üzə qalsa da, haqq olduğu üçün, həmişə qalib oldu, dik və kişi kimi yaşadı..
Mənim əziz qardaşım, Sən bir tək özün üçün, ailən üçün yox, əlli milyonluq Azərbaycan, üç yüz milyonluq Türk dünyasının varlığı üçün yaşayırsan.
Yaşa qardaşım, sağlam yaşa !!
Çünki Sənin fəlsəfi dünya baxışın və Tanrının yazdığı alın yazında, hələ sənin şərəfli, çətin mübarizə və qələbə yolun qarşıdadır..
İnanıram ki, Sən hər bir zaman olduğu kimi, Səndən zəfər gözləyən dostlarının, qohumlarının və bütün Möhsümsevərlərin, ümidlərini doğrultmaqla, ömür kitabına yeni bir səhifə yazacaqsan..
Əziz qadaşım, Səni bir daha təbrik edir, Sənin növbəti həyat yolunun, bundanda zəngin və əsrarəngiz olmasını arzulayıram..
Haqq savaşında, bir çoxlarından fərqli olaraq, öz etibar və sədaqətinlə, qardaş Ukranya xalqının yanında olmandan qürur duyur, tezliklə mənfur şər imperiyasının, qəhraman Ukranya xalqı qarşısında məğlub olma xəbəri ilə bizləri sevindirməyini, uca Allahdan arzu edirəm.
TƏBRİK EDİRƏM DOĞUM GÜNÜNÜ ƏZİZ, QARDAŞIM !!

Namiq Aslanov

P.S. BoyukMillet .com xəbər portalı kollektivi adından da Möhsüm Qədiroglunu təbrik edirik.

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …