Bazar , 19 May 2024
Drone Cameras

Moldovanın Baş naziri: “Avropaya inteqrasiya məsələsində Ukrayna və Gürcüstandan geri qalırıq”

“Moldova qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesində Ukrayna və Gürcüstandan geri qalır”.

Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Nataliya Qavrilitsa bildirib.

“Mənbələrimizə və məlumatlarımıza əsasən söyləyə bilərik ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından həm Gürcüstandan, həm də Ukraynadan geri qalırıq. Gürcüstan və Ukrayna bu prosesə daha əvvəl başlayıb, çünki bu ölkələrin Avropaya inteqrasiyanı prioritet hesab edən hökumətləri var idi. Biz də buna nail olmalıyıq. Əminik ki, səylərimiz bunun öhdəsindən gəlməyə imkan verəcək”, – o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, Moldova Avropa Komissiyasının 2022-ci il üçün tövsiyələrinin yarısından azını yerinə yetirib. Moldova Prezidenti Maya Sandu isə bildirmişdi ki, tövsiyə edilən 35 məsələnin yalnız 16-sı həyata keçirilib.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …