Mosvanın ən məşhur bazarlarından biri yanıb.
Boyukmillet.com rusiya mətbuatına istinadən xəbər verir ki, yüzlərlə azərbaycanalının çalışdığı “Sadovod” bazarında son bir həftədə ikinci dəfə yanğın baş verib.
Yanğın bazaraın ərazisindəki üçmərtəbəli metal pavilyonda başlayıb. Məlumata görə, 100-dən adam bazardan evakuasiya edilib, ərazidə qatı tüstü müşahidə edilir.
Xatırladaq ki, bazarda son yanğın yanvarın 17-də baş verib. Alovlar 300 kvadrat metrə yaxın ərazini əhatə ediblər. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
Adıçəkilən bazar “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. Şirkətin sahibləri isə Qod Nisanov və Zaxar İliyevdir. Qod Nisanov 1972-ci il mayın 24-də, Zaxar İliyev isə 1966-cı il sentyabrın 8-də Azərbaycanda, Quba rayonunun Qırmızı qəsəbəsində anadan olublar.
Bazaraın ümumi sahəsi 40 hektara yaxındır. Burada 8 minə yaxın satış pavilyonu var.