Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Moskvada metro keçidində partlayış olub, yaralananlar var

Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər. 

Məlumata görə, partlayış Andropov prospektindəki “Kolomensk” metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. 

Şahidlərin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.

Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir