Cümə axşamı , 4 İyul 2024
Drone Cameras

Moskvanın zəhərləmək istədiyi Sergey Skripalın “hünərləri” bir-bir ortaya çıxır

Bu ilin mart ayında, Böyük Britaniyanın Solsberi şəhəridə kimyəvi maddə ilə zəhərlənib öldürülməsi istənilən keçmiş casus Sergey Skripal 2017-ci ilə qədər NATO-nun 4 ölkəsi ilə əməkdaşlıq edib.

Boyukmillet.com bununla bağlı Almaniyanın “Focus” jurnalında Yozef Hufelşultenin məqaləsində maraqlı məlumatlar getdiyini xəbər verir.

Xəbərdə Skripalın QRU (BKİ – Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi-red.) agentlərini həmin ölkələrin xüsusi xidmət orqanlarına satdığı yazılıb.

Müəllif Yozef Hufelşultenin yazıdığına görə, bu barədə ona NATO –nun tərkibində fəaliyyət göstərən, casusluq əleyhinə fəaliyyətlə məşğul olan ACCI təşkilatındakı mənbə məlumat verib.

“2012-ci ildə Skripal Böyük Britaniyanın xarici kəşfiyyat xidməti Mİ-6-nın əməkdaşının müşayiəti ilə Praqaya gedib və orada Rusiyanın casus şəbəkəsi barədə yerli kəşfiyyat orqanlarını məlumatlandırıb. “Focus”da yazılana əsasən, S.Skripal Praqada çalışanların bəzlərini şəxsən tanıyırmış.

2016-cı ilin yayında isə Sergey Skripal Estoniyada Moskvaya çalışan 3 agenti yerli hüquq-mühafizə orqanlarına satıb. Bunların içində rus mənşəli zabit ata və oğul da var.

“Skripalın İspaniyaya Rusiya mafiyasının nümayəndələrinin Kosta del Sol şəhərindən Moskvadakı nüfuzlu siyasətçi və məmurlar ilə kontaktları barədə informasiya ötürdüyü bilinməkdədir”,- Hufelşulte yazır.

Bu səbəbdən NATO analitikləri Sergey Skripalın bu cür əməllərə görə qətlə yetirilmək istənildiyinə şübhə etmirlər.

(Musavat.com)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir