Drone Cameras

Mövlud Çavuşoğlu: “Ən çox ehtiyacımız olan helikopteri Azərbaycan göndərdi”

“Ən çox ehtiyacımız olan tonnajlı su tutan yanğınsöndürən helikopterdir. Azərbaycan sağ olsun, şəxsi heyət, texnika və helikopter göndərdi”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz Türkiyə olaraq başqa ölkələrə yardım göstərdiyimiz kimi, başqa ölkələrin də bizə köməyini qəbul edərik. Bu, böyük bir yanğındır. Bir çox qonşu ölkədən, dost və qardaş ölkədən, Avropadan bizi aradılar. Necə yardım edə biləcəklərini soruşdular. Biz də onların nə edə biləcəklərini soruşduq. Əllərində təyyarə və helikopter olan ölkələrdən informasiya alıb Kənd və Meşə Təsərrüfatı Nazirliyinə çatdırdıq. Azərbaycan amfibiya təyyarə göndərdi. Rusiyada da belə təyyarədən tapdıq və və onları satın aldıq. Yunanıstanın xarici işlər naziri mənə zəng elədi. Rumıniya təyyarəsinin olduğunu bildirdi. Araşdırmalar nəticəsində bu təyyarənin uyğun olmadığı müəyyən edildi. Rumıniyaya təşəkkür edirik. Fransa təyyarə göndərməyəcəyini, İspaniya yanğın təhlükəsi olduğunu söylədi. Yəni yardım təkliflərini geri çəkdilər. Yunanıstan hökumətindən Türkiyə səfirliyinə zəng edərək bildiriblər: “Sizə yardımla bağlı təklif etdik. Ancaq bizdə də yanğın olduğu üçün təyyarə göndərə bilmirik”. Yunanıstana təşəkkür edirik”, – o deyib.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …