Bu gün Azərbaycan Milli QNT Forumunun Prezidenti Rauf Zeyninin ad günüdür.
Bu münasibətlə QHT.az olaraq Rauf müəllimi təbrik edir, ona can sağlığı və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətində uğurlar arzulayırıq.
Zeyni Rauf Xurşud oğlu – Milli QHT Forumunun prezidenti
1960-cı il yanvarın 15-də Azərbaycan Respublikası Zəngəzur mahalı Sisian rayonu Vağudi kəndində anadan olmuşdur. 1979-1981-ci illərdə Rusiya Federasiyasının Voloqda vilayətində həqiqi hərbi xidmətdə olub. 1975-1979-cu illərdə S.Hacıbəyov adına Sumqayıt şəhər musiqi texnikumunu, 1989-1994-cü illərdə Ə.Hüseynzadə adına ADMİ Universitetinin Mədəni-maarif fakültəsinin Rejissorluq ixtisasını, 1998-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə-dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
1977-1978-ci illərdə Sumqayıt şəhəri 17 saylı orta məktəbində,1979-cu illərdə Yevlax şəhəri 1 saylı musiqi məktəbində müəllim, 1981-1985-ci illərdə Sumqayıt şəhər Mədəniyyət Evində təşkilatçı,bədii rəhbər, 1985-1991-ci illərdə Sumqayıt şəhər 1 saylı İncəsənət məktəbində müəllim işləmişdir. 1990-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin deputatı, Təhsil və Mədəniyyət komissiyasının sədr müavini, 1992-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Soveti sədrinin müavini, Rəyasət Heyətinin üzvü olmuşdur. 1999-2008-ci illərdə Milli QHT Forumu İdarə Heyətinin üzvü, 2002-2008-ci illərdə MQF Diaspora Mərkəzinin sədri, Demokratik Seçki Mərkəzinin sədri, Diaspora jurnalının təsisçisi və baş redaktoru, 2008 və 2012-ci illərdə Milli QHT Forumunun prezidenti seçilmişdir.
12.12.2011-ci ildə Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü təyin edilmişdir.
1985 -1991-ci illərdə Sumqayıt şəhəri 1 saylı İncəsənət məktəbi-Həmkarlar İttifaqının sədri, 1983 – 2003-cü illərdə Dəniz Ədəbi Birliyinin üzvü, 1991 – 1995-ci illərdə Bilik maarifçilik cəmiyyəti Sumqayıt şöbəsi İdarə heyətinin üzvü, 1992 -1995-ci illərdə Xəzər futbol klubunun fəxri prezidenti, 2000 -2001-ci illərdə Yerli QHT-lərin inkişaf proqramı layihəsinin koordinatoru, 2006-cı ildən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, 2007-ci ildən Dünya Azərbaycan və Türk Diasporları Koordinasiya Şurasının üzvüdür.
Ailəlidir, 3 övladı var.