Şənbə , 27 Aprel 2024
Drone Cameras

MŞ mışıl-mışıl yatıb

Jurnalist Sima Babayeva öz “facebook” səyfəsində Samir Adıgözəlliyə qarşı laqeyd yanaşılan bəzi media nümayəndələrinə fikrini bildirib.

Boyukmillet.com həmin yazını olduğu kimi təqdim edir:

Xəbər verdiyimiz kimi İstanbulda Boyukmillet.com xəbər saytının təsisçisi Samir Adıgözəlliyə hücum olunmuşdu. Bu haqda məlumat vermişdim. Hadisə barədə ətraflı şəkildə Samir bəy özü açıqlama verəcəkdi, amma o xəstəxanadan çıxanda vəziyyəti qəfil pisləşib və yenidən klinikada həkim nəzarətinə götürülüb. Buna baxmayaraq Samir bəy müəyyən məqamları artıq bildirib.

Samir Adıgözəlli ona qarşı bu hərəkəti edənlərin kimliyi, arxasında hansı qüvvələrin dayandığına dair iddialarını sağlıq durumu yaxşılaşan kimi ictimaiyyətə, dövlət orqanlarına daha ətraflı şəkildə bildirəcək.

Mən bu qara qüvvələr barədə yazmışdım. Əvvəlki yazılarımda bəhs etmişəm. İndi isə başqa bir məsələni deyəcəm. Sizin də buna münasibətinizi bilmək istəyirəm.

Samir Adıgözəlli illərdi siyasi fəaliyyəti ilə yanaşı jurnalist fəaliyyəti də göstərir. İctimai fəal olmasını, siyasətçi olmasını bir kənara qoyaq. Bu şəxs qələm əhlidir. Hadisə baş verib, bir jurnalistə hücum olunub, ciddi xəsarət alıb. Amma bu vaxta kimi Mətbuat Şurasının sədri Rəşad Məcid və MŞ-nın rəhbərliyindən heç kim heç nə deməyib. Nə bəyanat veriblər, nə də maraqlanıb əlaqə saxlayıblar. Mətbuat Şurası ölkənin xəbər saytlarından birinin rəhbərini  taleyinə belə biganədirsə, sıravi işçilərə heç saymazlar. Bu nə münasibətdir, anlamıram. Həmkar kimi bəlkə özünüzü üstün, əlçatmaz hesab edirsiniz. Ola bilər. Bəs insanlıq harda qaldı? Rəşad bəy, nədənsə dünən bir sırada əyləşdiyiniz qələm yoldaşlarınız indi sizə yaxın düşə bilmirlər. Bəlkə də Mətbuat Şurası, 525-ci qəzet, Yazıçılar Birliyi arasında vaxtınız çox gedir, mətbuata vaxt çatdırmırsınız.

Sabah hər kəsin başına belə iş gələ bilər, Rəşad bəy. Siz bu postu tutana kimi qəzet baş redaktorlarından biri idiniz. Yəni bu “qazanda bişmisiniz”, yad deyilsiniz. Jurnalistlərin problemlərini, istəklərini daha yaxşı bilməlisiniz. Ara-sıra tədbir keçirməklə iş bitməz. Hadisələrə münasibət bildirin. Mövqeyinizi ortaya qoyun. Yoxsa elə təəssürat yaranıb ki, MŞ mışıl-mışıl yatıb.

Sima Babayeva

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …