Bazar , 19 May 2024
Drone Cameras

MSK seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparacaq

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymtləndirilən hərəkətləri qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolov özü də sosial şəbəkə profilində belə fotolar paylaşıb. O bir paylaşımında qeyd edib ki, bu gün birliyimiz tərəfindən 71 ailəyə ərzaq paylanacaq. Bizə daxil olan məlumata görə həmin hərəkətlər bu gün də davam edir. Həmin şəxs bitərəfdir. Onunla bağlı şikayət edənlərin əksəriyyəti də bitərəf namizədlərdir. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır. ”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib. (publika.az)

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …