Bazar , 7 Dekabr 2025
Drone Cameras

MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil

Milli Televiziya və Radio Şurası(MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.

Qurumun Aparat rəhbəri Toğrul Məmmədov “Report”a açıqlamasında bildirib ki, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir. 

O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: “Qanunvercilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir”.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir