Elməddin Behbud
“Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri
Sosial-iqtisadi mühitin əvvəlkindən tamamilə yeni şərtlərlə çıxış etdiyi son onilliklərdə obyektiv və ya subyektiv səbəblərdən haqlarında nə qədər neqativ məlumatlar yayılsada cəmiyyətdə hər kəsin onlara ehtiyacı var.
Mənfi sayılan bütün hal və xüsusiyyətlərin, eybəcərliklərin, problemlərin köklü surətdə aradan qaldırılması üçün hamının ilk olaraq günahlandırdığı, mədət umduğu, üz tutduğu, haqlı-haqsız ittiham etdiyi peşə sahibi onlardır.
Sərhədlərin mühafizəsi, sənayenin inkişafı, asayişin təmin olunması, mənəvi harmoniyanın qorunması, innovasiyaların tətbiqi və bu tip sadalanmaqla bitməyən bütün sferalar üzrə məhz onların əməyinə, yetişdirdikləri kadrlara möhtacıq.
Zülmətin aradan qalxması işığın şöləsindən nə qədər asılıdırsa, daha firavan, xoşbəxt cəmiyyətin qurulması da müəllim əməyindən o qədər asılıdır. Çünki müəllimlik ştat vahidi deyil, kutsal və şərəfli missiyadır, sənətdir, peşədir!
Öz müəllimlərim başda olmaqla (hərfləri mənə öyrədən iptidai sinif müəllimlərimdən ali məktəb müəllimlərimə, həyat müəllimlərimə qədər) bütün öyrədənlərin peşə bayramı mübarək olsun!
Öz müəllimlərim başda olmaqla (hərfləri mənə öyrədən iptidai sinif müəllimlərimdən ali məktəb müəllimlərimə, həyat müəllimlərimə qədər) bütün öyrədənlərin peşə bayramı mübarək olsun!