Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.
Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.
Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb. (report)

 

Boyukmillet.com

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir