Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Müsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb

ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.

Ağ Ev rəhbəri daha əvvəl Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışdığını və onlarla İranla sülh müqaviləsinin bir hissəsi olaraq anlaşma memorandumunun layihəsini müzakirə etdiyini bildirib.

“Regional mənbə bildirib ki, şənbə günü Trampla telefon danışığında iştirak edən bütün ərəb və müsəlman liderləri onu müharibəyə son qoymaq və bölgədəki gərgin vəziyyəti azaltmaq üçün razılaşmanı qəbul etməyə çağırıblar”, – deyə o, yazıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …