Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Mustafa Şentop: “Bura evimizdir, Türkiyədə keçirdiyimiz hissləri Bakıda yaşayırıq”

“Bura bizim evimizdir, Türkiyənin istənilən yerinə gedəndə keçirdiyimiz hissləri Bakıya gələndə yaşayırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop tviter hesabında yazıb.

“Bir millət, iki dövlət” ifadəsi sadəcə mücərrəd bir şüar deyil, konkret münasibətlərimizin əsaslandığı əsas prinsipimizdir”, – Türkiyə parlamentinin rəhbəri qeyd edib.

Qeyd edək ki, TBMM sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak üçün dünən Azərbaycana səfərə gəlib.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …