Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə növbəti görüşünü keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub, fərdi inkişaf planına nəzər salınıb, qalibin çalışdığı sahə üzrə qazandığı biliklər və növbəti addımları öyrənilib, mövcud potensialının inkişaf etdirilməsi istiqamətində ona tövsiyələr verilib.

Eyni zamanda, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Sabah Bakıda 22 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. …